İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan önəmli açıqlama: “Moskva və Kiyevin iştirakı ilə...”  

1042 11.07.2024 17:00 Dünya A A

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyevin iştirakı ilə mümkün sammitin Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı xəbəri şərh edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, “Bloomberg” nəşrində yer alan xəbəri şərh edən sözçü qeyd edib ki, sammitin harada keçirilə biləcəyi ilə bağlı müzakirələr ikinci dərəcəli məsələdir çünki hazırda bununla bağlı dəqiq məlumat yoxdur. Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya Federasiyası hər zaman dialoqa açıqdır.

“Biz heç vaxt dialoqdan imtina etməmişik, lakin nədən danışıldığını başa düşməliyik. “Bloomberg” agentliyi heç vaxt vasitəçi olmaq niyyətini bəyan etməyib və dəfələrlə reallığa uyğun gəlməyən məlumatlar dərc edib”, - Kreml sözçüsü əlavə edib.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR