İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvin Abıyeva Şri-Lanka gəzintisinə görə “Yanlış anlama” filmindən uzaqlaşdırıldı  

4208 29.04.2022 20:10 Şou-biznes A A

Aktrisa Pərvin Abıyeva "Yanlış anlama" filminin ikinci hissəsində olmayacaq. Buna səbəb aktrisanın çəkilişlər zamanı Şri-Lankaya gəzintiyə getməsi olub.

Bu barədə Pərvin Abıyevanın özü "Səhər mərkəzi" proqramında deyib. Onun sözlərinə görə filmin ikinci hissəsində onu aktrisa Gülşən Hüseynova əvəzləyib:

“Əvvəldən plan qurdum, bilet aldım ki, istirahətə gedirəm. 15-20 günlük tətilə getdim. Onlara bu haqda əvvəldən demişdim. Dedilər ki, tətili təxirə sal. Dedim, elə siz dəyişin çəkiliş vaxtını. Bilirdiniz ki, getməliyəm. Biletə o qədər pul vermişdim. Onlar heç mənə film üçün o qədər pul vermirdilər. Mənim gəzməyim tərəzidə daha ağır gəldi. Buna mənəvi ehtiyacım var idi".

Buna baxmayaraq Pərvin Abıyeva gələcəkdə filmin layihələrində olacağını da açıqlayıb:

“Onsuz da mən həmin proyektin işçisiyəm, ona görə də gələcək layihələrdə olacam”.

Xatırladaq ki, "Yanlış anlama"nın birinci hissəsində Fərda Xudaverdiyev, Pərvin Abıyeva, İslam Mehrəliyevlə yanaşı, türkiyəli aktyorlar Pelin Sönmez, Hakan Bilgin, Bahadır Efe də rol alıblar. İkinci bölümdə isə Gülşən Hüseynli, Cemal Ünal, Elcan Rəsulov, İslam Mehrəliyev, Yılmaz Qruda, Fatuh Özkan rol alıb.

 

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR