İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon yadplanetlilərin Yerə səfər etdiyini sübut edə bilməyib

556 09.03.2024 03:41 Dünya A A

ABŞ Müdafiə Nazirliyi Yerə yadplanetlilərin nə vaxtsa gəldiyinə dair heç bir sübut tapmayıb.

“Report” xəbər verir ki, bu barədə bütün sahələrdə Anomaliyalarla Mübarizə İdarəsinin hesabatında deyilir.

Sənəddə ABŞ-da aparılan UFO-larla bağlı bütün rəsmi araşdırmalar, habelə müvafiq məxfi və açıq dövlət arxivlərinin məzmunu öz əksini tapıb.

Mətndə qeyd edilib ki, yadplanetli olduğu iddia edilən hava gəmiləri ilə bağlı Pentaqona daxil olan mesajlar əslində şahidlər tərəfindən yanlış qəbul edilib.

Pentaqon həmçinin ABŞ kəşfiyyatının keçmiş rəsmisi Devid Qraşın hakimiyyətin onilliklər ərzində UFO proqramını gizlətdiyi ilə açıqlamalarını da təkzib edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR