İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiyalarla bağlı hamının gözlədiyi xəbər gəldi - VİDEO

2796 13.01.2023 09:37 Sosial A A

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların verilməsinə başlanıb, proses 13 yanvarda tam yekunlaşacaq. Yaxın günlərdə respublikanın digər bölgələri üzrə, həmçinin güzəştli şərtlərlə pensiya alanların da pensiyası ödəniləcək.

Musavat.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov "Xəzər TV"yə bildirib.

Onun sözlərinə görə, yanvar ayı üzrə pensiyalar artımla ödənilib, məhz bu səbəbdən də ənənəvi vaxtdan bir neçə gün gecikib.

Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajina görə əlavələr alan pensiyaçılara da ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım bu ayın əvvəlindən onların pensiyasına əlavə edilib.

Gözlənilən artımların nə vaxtdan ödəniləcəyi ilə bağlı əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR