İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelenin son durumu açıqlanıb

657 07.12.2022 02:50 İdman A A

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin son durumuna aydınlıq gəlib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə veteran hücumçunun müalicə aldığı xəstəxanadan bildirilib.

Qeyd oilunub ki, Pelenin səhhəti getdikcə yaxşılaşır: "Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur".

Xatırladaq ki, daha əvvəl bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR