İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt məktəblərinin 51 sinfi 100 faiz nəticə göstərib

652 04.09.2023 12:13 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar.

MŞTİ-dən Musavat.com-a daxil olan məlumata görə, paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.

Bundan əlavə, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR