İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev “Ağ ev”də vəzifəyə gətirilir

2240 11.05.2024 21:23 Gündəm A A

Putinin növbəti 6 illik prezidentlik müddəti təzə başlayıb və varis planı aktual deyil, amma görünür ki, Təhlükəsizlik Şurasının katibinin oğlunun vəzifə yüksəlişi səbəbsiz də deyil...

Rusiya prezidenti Vladimir Putin yeni hökumətin formalaşdırılmasını təsdiq edən “Federal icra hakimiyyəti orqanlarının strukturu haqqında” fərman imzalayıb. Sənədə əsasən, birinci müavin də daxil olmaqla, bundan sonra baş nazirin 10 müavini olacaq. Həmçinin bildirilir ki, prezidentin Uzaq Şərq Federal Dairəsindəki nümayəndəsi və Nazirlər Kabinetinin Aparat rəhbəri də baş nazirin müavini statusuna malik olacaq.

Baş nazir postuna təqsdiqlənən Mixail Mişustin isə Dövlət Dumasına yeni hökumətin üzvlüyünə namizədlərin siyahısını təqdim edib.

Mişustinin təklifinə əsasən, Sənaye və Turizm Nazirliyinin keçmiş rəhbəri Denis Manturovun “texnoloji liderliyin təmin edilməsinin vacibliyi” səbəbindən baş nazirin birinci müavini vəzifəsinə gətirilməsi təklif edilir. Keçmiş nəqliyyat naziri Vitali Savelyev baş nazirin müvafiq sahə üzrə müavini olacaq, Viktoriya Abramçenkovanı isə kənd təsərrüfatı naziri Dmitri Patruşev əvəz edəcək.

Andrey Belousov isə baş nazirin müavini statusunu itirib, iqtisadi bloka bundan sonra baş nazirin müavini Aleksandr Novak rəhbərlik edəcək.

Baş nazirin müavini Dmitri Çernışenko Təhsil və Gənclər Nazirliyinə, Tatyana Qolikova Səhiyyə Nazirliyinə, Əmək və Mədəniyyət Nazirliyinə, eləcə də Millətlərin İşləri üzrə Federal Agentliyinə nəzarət edəcək. Dmitri Qriqorenko baş nazir müavini kimi maliyyə sahələrinə nəzarəti davam etdirəcək, həmçinin rəqəmsal inkişaf, rabitə və antiinhisar siyasətini öz üzərinə götürəcək. Aleksey Overçuk, Yuri Trutnev və Marat Xusnullin baş nazirin müavinləri postlarını qoruyurlar. Nazirlik rəhbərlərinə gəlincə, Əmək Nazirliyinə Anton Kotyakov, Təbii Sərvətlər Nazirliyinə Aleksandr Kozlov, Mədəniyyət Nazirliyinə Olqa Lyubimova, İqtisadi İnkişaf Nazirliyinə Maksim Reşetnikov, Maliyyə Nazirliyinə Anton Siluanov, Səhiyyə Nazirliyinə Mixail Muraşko, Tikinti Nazirliyində İrek Fayzullin, Təhsil və Elm Nazirliyinə Valeri Falkov, Şərq regionun İnkişafı Nazirliyinə Aleksey Çekunkov və Rəqəmsal İnkişaf Nazirliyinə Maksut Şadayevin rəhbərlik etməsi təklif edilir.

Bir neçə qubernatora isə federal hökumətdə nazir postu təklif edilir.

Kursk vilayətinin qubernatoru Roman Starovoiti nəqliyyat naziri, Kalininqrad vilayətinin qubernatoru Anton Alixanova sənaye və ticarət naziri, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevə energetika naziri postu təklif edlir. Mişustin Oleq Matitsinin yerinə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyarevin idman naziri təyin edilməsini təklif edir.

Təhlükəsizlik və xarici siyasət blokunun nazirləri - müdafiə naziri, fövqəladə hallar naziri, daxili işlər naziri, ədliyyə naziri və xarici işlər naziri postuna namizədlər isə Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra Vladimir Putin tərəfindən təsdiqlənəcək.

Bir çox ekspertlər əlbəttə ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin nazir oğlunun federal hökumətdə - Rusiyanın “Ağ ev”ində yüksəlişinə diqqət edirlər. İndi baş nazirin müavini olacaq oğul Patruşev Kənd Təsərrüfatı, Təbii Sərvətlər nazirliklərinə deyil, “Rosselxoznadzor”, “Rosprirodnadzor”, “Rosvodresurs”, “Roslesxoz”, “Rosrıbalovstvo” və “Rosnedra” ya nəzarət edəcək.

PATRA.jpeg (134 KB)

Dmitri Patruşev 13 oktyabr 1977-ci il tarixində Leninqradda anadan olub. Orta məktəbi bitirəndən sonra Dövlət İdarəetmə Universitetinə daxil olub, 1999-cu ildə İdarəetmə fakültəsini menecment ixtisası üzrə bitirib. Universitetdən sonra Dmitri üç il (1999-2002) Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində işləyib. Sonra Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında dünya iqtisadiyyatı ixtisası üzrə təhsilini davam etdirib (2002–2004). Bu dövrdə “Tədqiqat təşkilatlarının keyfiyyətinin idarə edilməsində proses yanaşmasının inkişafının təşkilati və iqtisadi əsasları” (2003) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 2016-cı ildə “Qazprom” şirkətinin Direktorlar Şurasının üzvü olub.

İllərdir rusiyalı analitiklər deyirlər ki, Putindən sonrakı hakimiyyət uğrunda savaşda ən fəal qrup Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin rəhbərlik etdiyi “FSB komandası”dır.

PADRA.jpeg (64 KB)

Dmitri Patruşevin Putinin varisi olmasını zəruri edən vacib arqumentlərdən biri kimi “Sankt-Peterburq klanı”nda yer almasıdır. Məlumdur ki, Rusiyanın siyasi elitasını və hakim komandanın əsas nüvəsini məhz “Sankt-Peterburq klanı”nın üzvləri təmsil edir. Məlumatlara görə, Dmitri Patruşev “Sankt-Peterburq klanı” üzvlərinin övladları arasında müsbət reputasiyaya malik olan yeganə simadır.

Putinin növbəti 6 illik prezidentlik müddəti indi başlayıb və varis planı indi aktual deyil. Amma görünür ki, Patruşevin vəzifə yüksəlişi də səbəbsiz deyil...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR