İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı ŞOK iddialar

1623 12.05.2023 18:49 Son xəbər A A

“Vaşinqton və Brüssel prosesləri 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatı ləğv etməyə hesablanıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Vaşinqtonda 4 günlük danışıqları şərh edən yerli politoloq Benyamin Matevosyan deyib.

“Məqsəd sonrakı nizamlanma prosesi üçün əsas olacaq yeni bəyanatdır”, - deyə, o, “Yerevan Today”in efirində bildirib. 

Matevosyanın sözlərinə görə, Rusiya sülhməramlılarının yerləşdirilməsi istisna olmaqla, Üçtərəfli bəyanatın demək olar ki, bütün müddəaları əvvəldən sabotaj edilir. Hərbi əsirlərin qaytarılmasından tutmuş, rabitənin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına qədər müddəalar yerinə yetirilmir.

“Üstəlik, Rusiya tərəfi 3+3 formatının qurulmasının, yəni bütün bu proseslərin idarə oluna biləcəyi yeni təhlükəsizlik arxitekturasının yaradılmasının əleyhinə deyildi. Bu ssenari Rusiyaya “münaqişəni idarə etməyə” imkan verəcəkdi. Həmin layihə həyata keçirilsəydi, hazırkı baş nazir Nikol Paşinyan artıq Moskvaya tərəfdaş kimi lazım olmayacaq və bu, onun hakimiyyətini saxlamaq imkanlarını şübhə altına alacaqdı. Paşinyanın prosesləri Qərb formatına keçirmək qərarı məhz öz hakimiyyətini saxlamaq maraqlarından irəli gəlir”, - deyə erməni ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR