İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın poçtalyonluğuna deputatdan reaksiya

404 18.07.2023 10:35 Siyasət A A

Asim Mollazadə: “Onun hərəkətlərini məntiqlə, protokolla, beynəlxalq hüquq normaları ilə izah etmək mümkün deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanda yaşayan ermənilərə “rəhbərlik” edən Araik Arutyunyanın məktubunu Avropa İttifaqının Prezidenti Şarl Mişelə təqdim edib.

“Baş nazir Nikol Paşinyan "Qarabağ rəhbəri"nin məktubunu Avropa İttifaqının Prezidenti Şarl Mişelə təqdim edib", - deyə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Facebook-da yazıb. Məktubun mətni barədə məlumat verilməyib. Məlumatda bildirilir ki, Paşinyanın Mişellə görüşü şənbə günü səhər Brüsseldə başlayıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Mişel və Paşinyanın iştirakı ilə üçtərəfli formatda danışıqlar aparacaq. Bu formatda əvvəlki görüş də mayın 14-də Brüsseldə keçirilib.

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Ermənistan rəhbərliyinin hərəkətlərini məntiqlə, protokolla, beynəlxalq hüquq normaları ilə izah etmək mümkün deyil: “Nikol Paşinyan qorxu içindədir. O, Qarabağda mövcud olan qüvvələrdən qorxur. Ölkə daxilində olan keçmiş hərbi cinayətkarlardan ibarət şəbəkədən qorxur. Əslində isə bunların hamısının arxasında duran ölkələrin xüsusi xidmət orqanlarından qorxur. Zamanında Qarabağla bağlı sivil addımlar atmaq istəyən erməni siyasətçiləri parlamentdə  1 günün içində məhv edildilər. Nikol Paşinyan bu taleyi yaşamamaq üçün bir sıra oyunlar oynayır”.

Deputat deyib ki, Nikol Paşinyan səfərlərdə götürdüyü öhdəlikləri icra etmir: “ABŞ-da, Brüsseldə, Moskvada hamıya "hə" deyir və heç bir vədini icra etmir. Düşünür ki, hamını aldadıb. Əslində isə belə deyil. Hər kəs onun gülünc durumunu görür. Lakin bunun arxasında faciələr ola bilər.  Nikol Paşinyan dünyadakı proseslərin nə ilə yekunlaşacağını gözləyir. Bundan sonra hansısa qərarlar verə, addımlar ata bilər. Hələlik isə vaxt uzadır”.

Deputat deyir ki, erməni baş nazirin oyunlarını hamı görür: “Ermənistanda özünü qəhrəman kimi göstərmək üçün belə bir addım atdı, Araikin məktubunu verdi. Artıq ABŞ-da da, Bresseldə də anlayırlar ki, münaqişənin həllinin qarşısını alan kimdir və Paşinyanın oyununa kimsə ciddi yanaşmır. Hamı bilir ki, Paşinyan qorxudan oyunlar oynayır. Onun heç bir sözünə də inanmırlar. Bu gün hər kəsə bəllidir ki. Xankəndidə yerləşən separatçı qüvvələrin idarəetməsi tamamilə başqa ünvandır. Vardanyanın orada oturması da, buna sübutdur”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR