İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın keçmiş silahdaşı Rusiyada HƏBS EDİLDİ FOTO

532 23.09.2024 14:03 Son xəbər A A

Ermənistanın axtarışa verdiyi hakim “Vətəndaş sazişi” partiyasının keçmiş üzvü Tatul Asilyan Rusiyada tapılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.

Asilyan 2024-cü ilin mayında nəqliyyat vasitəsini idarə etmə qaydalarını pozmaqda ittiham edilərək axtarışa verilmişdi.

"Rusiya tərəfi axtarışda olan şəxsin tapıldığı barədə məlumat verib", - deyə nazirliyin sözçüsü Narek Sarkisyan bildirib.

Asilyan ötən il hökumət əleyhinə mitinqlərdə iştirak edən Qarabağdan olan ermənilərin Ermənistandan qovulmasını təklif etməsi ilə məşhurlaşıb. 2023-cü ilin noyabrında o, mənsub olduğu partiyadan xaric edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR