İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın keçmiş köməkçisi: “Bu amil münaqişədə rol oynamadı” 

769 01.04.2023 13:56 Region A A

“Ermənistanın vəzifəsi beynəlxalq arenada onun mövqeyini dəstəkləyən dövlətlərin sayını artırmaqdır, lakin yumşaq gücü öz tərəfinə çəkmək mümkün olmadığı ortaya çıxdı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın fövqəladə və səlahiyyətli naziri, Paşinyanın keçmiş köməkçisi Qraçya Taşçıyan aprelin 1-də “Diplomatiyanın yeni formaları: xarici siyasətdə “yumşaq güc”dən istifadənin milli strategiyaları” mövzusunda təşkil olunan konfransda bildirib.

Qraçya Taşçıyan 44 günlük müharibə zamanı Fransanın bir çox rəsmi şəxslərinin, o cümlədən deputatlarının Ermənistana, müharibədən sonra isə Nikol Paşinyanın Fransaya səfər etdiyini xatırladıb.

“Həmrəylik reallaşdımı? Hamı bilir ki, yox”, - deyə Taşçıyan bildirib.

Erməni məmur 44 günlük müharibədən az əvvəl ABŞ Konqresinin hər iki palatasının qondarma “erməni soyqırımı”nı pisləyən qətnamələr qəbul etdiyini, lakin bu amilin Azərbayan-Ermənistan münaqişəsində rol oynamadığını da etiraf edib.

“Hər iki ölkə (Fransa və ABŞ – red.) öz maraqlarını rəhbər tutur. Ermənistanın yumşaq gücü bu ölkələrin regiondakı siyasətinə təsir edə bilməz”, - deyə Qraçya Taşçıyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR