İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın keçmiş köməkçisi Baş prokuror oldu

1000 15.09.2022 15:06 Region A A

Ermənistanın Baş prokuroru Artur Davtyan istefaya göndərilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Davtyan 6 illik səlahiyyət müddətinin baş çatması səbəbilə vəzifəsindən gedib.

Ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları 36 yaşlı Anna Vardapetyanı bu ilin iyun ayında ölkənin yeni Baş prokuroru seçiblər.

Bu gün isə Vardapetyan parlamentdə and içib və rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Bununla da, o, Ermənistan tarixində Baş prokurorluğa rəhbərlik edən ilk qadın olub.

Qeyd edək ki, Anna Vardapetyan 2020-ci ilin martından ölkənin Baş naziri Nikol Paşinyanın köməkçisi olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR