İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanın istefası üçün çox iş görülməlidir” - Ovannisyan

542 28.05.2024 14:46 Son xəbər A A

“Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün hələ çox iş görülməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İrs” partiyasının rəhbəri, Ermənistanın birinci xarici işlər naziri Raffi Ovannisyan Sərdarabad memorial kompleksində jurnalistlərlə söhbətində danışıb.

Onun fikrincə, bundan sonra “Vətən uğrunda” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan cəmiyyətin etimadını qazanaraq hökumətin başçısı ola biləcək.

Revanşist Ovannisyanın sözlərinə görə, ermənilərin türklər üzərində savaşı yarımçıq qalıb, bir əsr sonra Ermənistan yenidən dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR