İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatından müxalifətə: “Qulağınızın arxasını görərsiz...”

825 04.04.2023 19:19 Region A A

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentində ombudsmanın seçkisi ilə bağlı komissiya iclası iqtidar və müxalifət deputatlarının bir-birlərini təhqir etməsi ilə yadda qalıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Vətəndaş sazişi” fraksiyasının rəhbəri Ayk Koncoryan bununla bağlı yeni təhdid mesajı ünvanlayıb.

Koncoryan feysbuk səhifəsində bunları yazıb:

“Bu gün parlamentin İnsan hüquqlarının müdafiəsi və sosial məsələlər üzrə daimi komitəsində baş verənlər müxalifətin bir təlxək tərəfindən ifa olunan hoqqabazlığının növbəti nümayişidir. Müxalifət namizədi çıxışında inqilab edənləri “Azərbaycan-Türk” koalisiyası adlandırıb. Bu, müxalifətin öz xalqına qarşı genetik nifrətinin daha bir sübutudur. Müxalifət ermənilərə “azərbaycanlı-türk” deyən adamı parlamentə gətirir. Xalqı axmaq yerinə qoyan müxalifətdir. Heç nə dəyişməyib. Təsəvvür edin, namizəd “azərbaycanlı-türk” hesab etdiyi bu insanları müxalifətdən necə qoruyacaqdı? Yəqin ki, Robert Koçaryan və Serj Sarkisyan onilliklər boyu erməni xalqını belə “sevib və qoruyub”. Onlar ermənilərə sevərək nifrət ediblər. Əvvəllər iqtidar kimi nifrət edirdilər, indi müxalifət olaraq. Ona görə də xalq sizi siyasi zibilliyə atıb. Siz ona görə erməni xalqına bu qədər nifrət edirsiniz. Odur ki, siz qulağınızın arxasını görəcəksiniz, amma artıq hakimiyyəti görməyəcəksiniz”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR