İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatından Azərbaycan kəndləri ilə bağlı ŞOK AÇIQLAMALAR

3060 19.03.2024 15:20 Son xəbər A A

“Bildiyimə görə, Tavuş bölgəsində ümumən demarkasiya və delimitasiya aparılmalıdır, nə Bağanis hissəsinin, nə də Berkaberin bir hissəsinin köçürüləcəyi deyilib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahe Qalumyan deyib.

Hansı kəndlərin Azərbaycana verilməsi barədə suala Qalumyan belə cavab verib: “Ermənistanda belə kəndlər yoxdur. Məsələ çox incə və həssasdır. Paşinyan sərhəd sakinləri ilə görüşüb, vəziyyəti izah edib. Demarkasiya komissiyası kəndlərin aid olub-olmaması ilə bağlı suala xəritələr və birgə iş əsasında cavab verəcək”.

VAHE.jpg (11 KB)

Deputat kəndlərin geri qaytarılması halında Ermənistanın Gürcüstana gedəcək yolları ilə bağlı suala cavab verib: “Yolların harada olması, necə layihələndirilməsi və hər şeyin hansı mərhələdə olmasına Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi cavabdehdir? Təbii ki, yol dəyişdikcə çətinliklər də olacaq. Xəritəni araşdıranda görürük ki, bəzi yerlərdə dövlətlərarası yollar Azərbaycan ərazisindən keçir, sonra Ermənistan ərazisinə daxil olur. Yolların dəyişdirilməsi məsələsi var və bu, qətiyyən dövlət üçün problem deyil, bu yollar tikiləcək və bizim nəzarətimizdə olacaq”.

Təslim edilmiş kəndlərin sakinlərinin məsələsinin necə həll olunacağı ilə bağlı suala Vahe Qalumyan belə cavab verib: “Orada bir dənə də olsun erməni yaşayış məntəqəsi yoxdur, bunlar 1990-cı illərdə Ermənistan Respublikasının nəzarətinə keçmiş Azərbaycan kəndləri idi, ermənilər orada yaşamayıb. Orada evlərin olub-olmadığından əmin deyiləm, amma varsa, dövlət hər şeyə qərar verəcək. Bütün bunlar sülh prosesinin bir hissəsidir, biz həll yollarını tapmalı və bu problemi birdəfəlik həll etməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR