İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı sülh müqaviləsindən DANIŞDI 

654 28.02.2024 14:13 Region A A

“Sülh müqaviləsinin mətni üzərində iş aparılarkən müəyyən maddələr razılaşdırılsa da, sonrakı mərhələlərdə Azərbaycan bundan yayınıb”.

Musavat.com xəbər verir ki, belə bir əsassız suçlama və böhtan Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan tərəfindən gəlib.

Onun sözlərinə görə, sənəd ətrafında danışıqların onlayn yox, real danışıqların tərkib hissəsi kimi aparılması çox vacibdir.

Xandanyanın fikrincə, danışıqlarda irəliləyişin olmaması daim gərginliyin arta biləcəyi qorxusunu yaradır.

“Lakin mən şadam ki, danışıqlar bərpa olunub”, - deyə erməni deputat qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR