İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Simonyanın vəzifəsindən azad edilməsi məsələsi müzakirə edilmir”

535 06.04.2023 17:46 Region A A

“Nə “Vətəndaş sazişi” partiyası, nə də onun fraksiyaları Alen Simonyanın vəzifədən azad edilməsi məsələsini müzakirə etmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu aprelin 6-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib.

O həmçinin Ayk Koncoryanın Alen Simonyanın əvəzinə parlamentin spikeri ola biləcəyi ilə bağlı şayiələri də təkzib edib. “Parlament öz sədrini 2021-ci ilin avqustunda seçib. Bizim fraksiyada başqa müzakirə yoxdur. Belə bir gündəm mövcud deyil və hesab edirəm ki, buna ehtiyac da yoxdur”, - Xandanyan bildirib.

Qeyd edək ki, aprelin 2-də sədr Alen Simonyanla vətəndaş Karen Mkrtçyan arasında insident baş verib və sonuncu Simonyanı görən kimi onu “satqın” adlandırıb. Parlament sədri təhlükəsizlik əməkdaşlarına Mkrtçyanı tutmağı tapşırıb və vətəndaşa yaxınlaşaraq onu söyüb, üstəlik üzünə tüpürərək aşağılayıb. Hadisədən sonra Simonyan öz əməlinə haqq qazandıran bəyanat yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR