İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı devirmək üçün maliyyəni Avropa İttifaqı ayırır-Rəy

972 11.05.2024 10:56 Siyasət A A

 

"Paşinyanı devirmək arzusu Rusiyanın adı ilə hallandırılsa da, onu devirmək üçün maliyyəni faktiki olaraq Avropa İttifaqı ayırır".

Musavat.com bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq bu günlərdə sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarında Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu  iddia olunan şəkilin paylaşılmasına diqqət çəkərək, qeyd edib:

"Həmin hərbçinin Azərbaycan xüsusi təyinatlılarının mənsubu olduğu iddia edilirdi. Görüntülərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyi açıqlama yaydı və Kirants-Xeyrimli kəndində Azərbaycan xüsusi təyinatlılarının olması barədə yayılanları  təkzib etdi ki, videoda yer alan şəxs Ermənistan xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçusudur.

Ermənistan mediasında  kiçik bir monitorinq “Kirants (Xeyrimli) kəndində Azərbaycan xüsusi təyinatlılarının olması” haqda təbliğatı Avropa İttifaqı donor qaynaqlarından maliyyələşən media təsisatların aparması faktını aşkar etdi. Aydın məsələdir ki, Ermənistan Azərbaycan sərhədlərində gedən, iki ölkə arasında pozitiv məqamlara yola açan  kövrək proseslər Aİ-nin bir sıra ölkələrinin ürəyincə deyil.

166158846418979345926309d3f05218.jpg (39 KB)

Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın əldə etdiyi 4 kəndin Azərbaycana qaytarılması barədə razılıq regionda bəzi  planları pozub. Kirants (Xeyrimlidə) “Azərbaycan xüsusi təyinatlı əsgəri" dezinformasiyası da bu kövrək prosesi sabotaj etmək üçün, revanşist qruplara Paşinyan hökümətinə qarşı  arqument olaraq istifadə olunması üçün  ortaya atılmış informasiya təxribatıdır.

Son iki ayda Avropa İttifaqının bir sıra donor təşkilatları Ermənistanda siyasi, radikal, dini təmayüllü QHT və KİV-lərə az qala 2018-ci ildə meydan proseslərinə ayırdığı maliyyə qədər qrant ayırıb. Prosesin ilk iki günündə  hərbiçilərin iştirakı isə ABŞ-Ermənistan birgə hərbi məsləhətləşmə qrupunun üzvü olan erməni hərbiçilər tərəfindən kurasiya edilib. Beləliklə, Paşinyanı devirmək arzusu Rusiyanın adı ilə hallandırılsa da, onu devirmək üçün faktiki maliyyəni Avropa İttifaqı ayırır".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR