İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı çətirlə vurmaq istəyən qadını tuturlar  

715 14.04.2023 20:55 Region A A

Baş nazir Nikol Paşinyana çətir atan Narine Asatryana qarşı ittiham irəli sürülüb.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə və ya siyasi fəaliyyətinə müdaxilə) maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, 47 yaşlı Narine Asatryan Paşinyanın Vayots-Dzor vilayətinin Malışka kəndinə işgüzar səfəri zamanı polis baş nazirdən soruşmaq istəyən qadını buraxmadığı üçün ona çətir atıb. Erməni tərəf həyasızcasına Narinenin Qarabağdan “məcburi miqrant” olduğunu iddia edilir.

Bildirilir ki, onun ailəsi keçən il Laçını tərk edib. Narine 7 uşaq və əri ilə birlikdə Malışka kəndində ev kirayələyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR