İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Sünikə gəldi və “delimitasiya buradan davam edə bilər” dedi

738 17.06.2024 20:56 Siyasət A A

Delimitasiyanın növbəti mərhələsi Sünikdən başlaya bilər. Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib.

Onun sözlərinə görə, proses istənilən başqa ərazidə də baş verə bilər: “Hazırda reqlament üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək. Dünəndən etibarən mən Sünik rayonundayam və istər sərhəd, istərsə də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi, real Ermənistanın gündəmi və sülh gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digər məsələlər operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, nə üçün baş verdiyini, məqsədinin nədən ibarət olduğunu, risklərin nədən ibarət olduğunu, risklərin idarə edilməsi üsullarımızın nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR