İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiya ilə bütün kommunikasiyaları LƏĞV EDİR

1719 19.10.2023 17:25 Region A A

Ermənistan hökuməti respublikada yayımlanan Rusiya telekanalları ilə bağlı bütün mümkün variantlarını nəzərdən keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan brifinqdə bildirib.

Onun sözlərinə görə, nazirliyin Rusiya telekanalları ilə imzaladığı müqavilə pozuntular aşkar etməsi halında, “müəyyən addımlar” atılmasını nəzərdə tutur.

"Biz sazişin bütün bəndləri ilə tanışıq və müvafiq addımlar atacağıq. Sizə məlumat verəcəyik", - deyə o əlavə edib.

Xatırladaq ki, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Lusine Badalyan Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsi müzakirə olunduğunu söyləyib.

Onu da əlavə edək ki, Ermənistanda Rusiyanın Birinci Kanalı, RTR Planeta, Rusiya, Mədəniyyət və dövlətlərarası “Mir” telekanalı ictimai multipleks vasitəsilə yayımlanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR