İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan hökuməti təhlükəsizlik sahəsini iflasa uğratdı”

506 11.04.2023 17:37 Region A A

“Ermənistanın təkcə dövlətin xarici sərhədlərində deyil, həm də ölkə daxilində təhlükəsizliyin təmin edilməsində problemləri var”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifyönlü “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan deyib.

“Azərbaycan hərbçilərinin ölkəyə daxil olması artıq onu göstərir ki, daxili təhlükəsizliyi təmin etməli olan qurumlar öz effektivliyini göstərməyib”, - deyə o bildirib.

Tiqran Abramyanın sözlərinə görə, hökumət təhlükəsizlik sahəsində görülən tədbirlərdə uğursuzluğa düçar olub. Abramyan Azərbaycan hərbçilərinin sərbəst şəkildə Ermənistan ərazisinə girib yaşayış məntəqələrinə baş çəkməsi faktına da diqqət çəkib.

“Həmin qrupların necə və hansı məqsədlə ölkəyə girdiyi məlum deyil. Fakt budur ki, Azərbaycan hərbçiləri 3 gün Ermənistan ərazisində qalıb fəaliyyət göstəriblər”, - deyə erməni deputat söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR