İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan de-fakto bildirdi ki, Qarabağ...” - Tevanyan

2901 27.09.2022 17:50 Region A A

“Ermənistan dövləti tam vakuum vəziyyətindədir”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Andranik Tevanyan deyib.

“Dövlət tam vakuumdadır, çünki ölkə başçısının irəli sürdüyü tezislər iflasa uğradı və özü də bunu etiraf etdi”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, Paşinyanın irəli sürdüyü yanaşmalar bir neçə dəfə iflasa uğrayıb və cəmiyyət hazırda yalnız növbəti uğursuzluğun şahidi olur:

“İndi başqa, amma ən təhlükəli uğursuzluğun mərhələsindəyik”.

Tevanyan vurğulayıb ki, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən “sülh gündəmi”ni təbliğ etməyə başlayıb:

“Paşinyan keçmiş hökumətlə əlaqəli hər şeyi, o cümlədən Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda baş verənləri və nəticələri rədd edərək hakimiyyətə gəlib. O, fəxr edirdi ki, Düşənbədə İlham Əliyevlə danışıq aparıb, snayper savaşını dayandıra bilib”.

Deputat qeyd edib ki, Paşinyan ötən dövrdə özünü və komandasını zənginləşdirib.

“Sonra sülh gündəliyinin ikinci mərhələsi başladı, Paşinyan de-fakto Qarabağın Azərbaycan olduğunu bəyan edərək, bizi bunu sülhün bərqərar olması naminə etdiyinə inandırdı. O, bu tezislə 2021-ci il seçkilərində iştirak edib.

BMT-nin tribunasından Paşinyan etiraf etdi ki, onun bu tezisi uğursuzluğa düçar olub. Bu isə o deməkdir ki, “Mülki Müqavilə” Partiyası hakim qüvvə kimi qeyri-legitimdir. Onların konsepsiyası iflasa uğrayıb və biz böyük bir boşluqla qarşı-qarşıya qaldıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR