İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Biz kiçik dövlətik, çalışırıq ki, Azərbaycanla...”

3879 11.04.2023 17:03 Region A A

“Təhlükəsizlik bizim ən böyük problemlərimizdən biridir və bu problem addım-addım həll edilməlidir, bu da gündəmimizdədir”.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vayots Dzor rayonunda sakinlərlə görüşündə deyib.

Paşinyan "siz keçmişin və indinin bütün fəsadlarını bilirsiniz. Baxın, dünya fırtınalı okeana çevrilib, böyük dövlətlərin problemi var, bu durumda kiçik dövlətlərin nə qədər əziyyət çəkəcəyini təsəvvür edin. Bizim vəzifəmiz regionumuzda ən qısa zamanda davamlı sülhün bərqərar olmasıdır. Bu da asan deyil” , - deyə qeyd edib.

Baş nazir sülh müqaviləsi ilə bağlı Ermənistanla Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğunu söyləyib, amma buna rəğmən anlaşmanın önəminə diqqət çəkib: “Bütün bunlara baxmayaraq, bu yolu ardıcıl şəkildə davam etdirməyə heç nə mane olmur”.

Paşinyan əlavə edib ki, komandası əsas diqqəti bu məsələnin həllinə yönəldib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR