İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Biz axırda ordudan danışmalıyıq

946 09.04.2024 00:10 Son xəbər A A

Təhlükəsizliyimizi təmin etmək üçün biz öz legitimliyimiz üzərində dayanmalıyıq və legitimlik xəttimiz beynəlxalq səviyyədə tanınmış sərhədimizdir.

Musavat.com bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Telegram kanalında yayımlanan videoda bildirib. “Biz “təhlükəsizlik” deyəndə ilk növbədə “ordu”nu nəzərdə tuturuq. Biz axırda ordudan danışmalıyıq, çünki ordu qarışanda artıq hər şey bitib, ordunun vaxtı gəlib çatıb.

Biz deyirik ki, təhlükəsizliyimizi təmin etmək üçün legitimliyimiz üzərində dayanmalıyıq və legitimlik xəttimiz beynəlxalq səviyyədə tanınmış sərhədimizdir ki, heç kimin bizə hücum etməyə haqq qazandırmaq şansı olmasın”, Paşinyan əlavə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR