İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Bakıdan qorxduğunu ETİRAF ETDİ: “Şərqi Zəngəzur” ifadəsi işlədilirsə...

2701 08.09.2022 19:30 Region A A

“Demarkasiya və delimitasiya prosesi ilə bağlı təhlükələr var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Paşinyan Azərbaycan rəhbərliyinin Zəngəzurla bağlı qərar və mövqelərindən də möhkəm narahat olduğunu nümayiş etdirib: “Baxın, beynəlxalq platformalarda Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, amma “Şərqi Zəngəzur” ifadəsi işlədilirsə, təbii ki, “Qərbi Zəngəzur” da var. Bütün bunların içində gizli iddialar var”.

N.Paşinyan ardınca xəritələrlə bağlı danışıb: “Ümumiyyətlə, hansı illərin xəritələrində fərq qoyulması ilə bağlı müxtəlif fikirlər var. Deyirlər 1921, 1923 xəritələri, deyirlər 1975, 1969. Biz deyirik ki, demarkasiya və delimitasiya hüquqi qüvvəyə malik sənədlər əsasında aparılmalıdır”.

Ermənistanın baş naziri bildirib: “Azərbaycanda belə bəyanatlar var ki, məsələn, müəyyən ilin xəritəsi Zəngəzurun “qanunsuz olaraq Ermənistana verildiyini”, yaxud bəzi yaşayış məntəqələrinin “qanunsuz olaraq Ermənistana verildiyini” “təsdiq edir”. Bu, dağıdıcı yanaşma olmaqla yanaşı, Azərbaycanın daxili təhdidlərini və ambisiyalarını da ortaya qoyur. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsini həll etməyi bacarmalıyıq, Qarabağ məsələsinin həllini tapmağı bacarmalıyıq”.

Göründüyü kimi, Nikol Paşinyan həm qorxur, həm də erməni diasporuna Zəngəzurun da əldən çıxa biləcəyini başa salmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR