İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlaq qələbənin möhtəşəm FOTOSU

2759 10.08.2022 00:58 İdman A A

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında növbəti parlaq qələbəsini qazanıb.

Musavat.com xəbər verir ki, "Qarabağ" Avropa futbol məkanında inamlı yürüşünü davam etdirir. Təmsilçimiz daha bir nüfuzlu rəqibini UEFA Çempionlar Liqasından kənarlaşdırıb.

Macarıstanda keçirilən matçda "Qarabağ" bu ölkənin çempionu "Ferentsvaroş" klubunu 3-1 hesabı ilə məğlub edib. Xatırladaq ki, Bakıda keçirilən ilk matç 1-1 hesabı ilə yekunlaşmışdı.

Beləliklə, "Qarabağ" UEFA Çempionlar Liqasının play-off mərhələsində oynamaq hüququ qazanıb. Bu mərhələdə komandamızın rəqibi Viktoria Plzen klubu olacaq. Qələbə qazanacağı təqdirdə, Qarabağ UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlubiyyət halında "Qarabağ" mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Onu da qeyd edək ki, "Qarabağ" play-off mərhələsinə gələnə qədər bir-birinin ardınca Polşa çempionu "Lex" və İsveçrə çempionu "Sürix" klublarını məğlub edib.

Macarıstan çempionu "Ferentsvaroş" üzərində parlaq qələbədən sonra "Qarabağ" klubunun yaşadığı böyük sevinci əks etdirən maraqlı fotonu diqqətinizə çatdırırıq.

 

Musavat.com

aa.jpg (100 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR