İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə qumbara partladı - Xəsarət alanlar var

534 24.05.2024 16:05 Hadisə A A

Parisin Obervilye qəsəbəsində küçədə qumbaranın partlaması nəticəsində yoldan keçən iki nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qumbara cümə axşamı skuter sürücüsü tərəfindən atılıb.

Nəticədə velosipedlə yoldan keçən kişi və küçə ilə gedən qadın xəsarət alıb.

Zərərçəkənlərdən birinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. 

Hücum edən şəxs və onun ortağı hadisə yerindən qaçıblar. Polis cinayətkarları axtarır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR