İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris tacirləri döyüşə hazırlaşır: bütün mağazalara dəmir lövhə vururlar - SƏBƏBİ...

1252 07.07.2024 14:35 Dünya A A

Musavat.com xəbər verir ki, Fransada parlament seçkilərinin ikinci turu elan olunan kimi, iğtişaşlar gözlənilir.

Təqdim etdiyimiz bu videoda paytaxt Parisin tacirlərinin bu iğtişaşlara necə hazırlaşdığı əks olunub.

Fransa mediası yazır ki, mağaza sahibləri parlament seçkilərinin ikinci turunun nəticələri açıqlanan kimi Parisdə ciddi qarışıqlıq olacağına əmindirlər. Ona görə də vitrinlərə metal lövhələr taxaraq, bir növ döyüşə hazırlaşırlar.

Birinci turun ilkin nəticələrinin açıqlanmasından sonra bir neçə şəhərdə iğtişaşlar və yanğınlar baş vermişdi. Hazırda Makron Fransasında durum belədir.

Qeyd edək ki, bu gün  Avropa Parlamentinə seçkilərdə məğlubiyyətdən sonra Prezident Emmanuel Makronun elan etdiyi Fransa Milli Assambleyasına növbədənkənar seçkilərinin ikinci turu üzrə səsvermə keçirilir.

Fransa ərazisində seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə yerli vaxtla axşam saat 18:00-a, böyük şəhərlərdə isə 20:00-a qədər davam edəcək. Ölkədə təxminən 49,3 milyon vətəndaş səsvermə hüququna malikdir.

Növbədənkənar parlament seçkilərinin iyunun 30-da keçirilmiş birinci turunda artıq 76 deputat seçilib. Bu gün isə Milli Assambleyaya 501 yeni deputat seçiləcək. Ümumilikdə, ikinci turda 438-i qadın və 656-ı kişi olmaqla 1094 namizəd iştirak edir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR