İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris prokurorluğu Le Penə qarşı HƏRƏKƏTƏ KEÇDİ

722 09.07.2024 14:21 Dünya A A

Paris prokurorluğu Fransanın "Milli Birlik" parlament fraksiyasının lideri Marin Le Penə qarşı onun 2022-ci il prezidentlik kampaniyasını qanunsuz olaraq maliyyələşdirməsi faktı ilə bağlı cinayət işinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Le Penlə bağlı təhqiqat Kampaniya Hesabatları və Siyasi Maliyyələşmə üzrə Milli Komissiyanın (CNCCFP) şikayətindən sonra başlayıb.

Telekanalın xəbərinə əsasən, seçki kampaniyası ilə bağlı şübhələr təkcə Marin Le Penlə bağlı deyil.

Fransa qanunlarına görə, namizədlərə seçki kampaniyaları zamanı müəyyən edilmiş xərcləmə limitini aşmaq qadağandır. Şərtlərə əməl olunarsa, dövlət kampaniya xərclərinin bir hissəsini ödəyir. Əks halda CNCCFP seçki hesablarına düzəlişlər edə, ödənilməli olan təzminat məbləğini azalda və lazım gələrsə, məsələni araşdırmaya göndərə bilər. Kanalın xəbərinə görə, məhz buna görə komissiya Marin Le Penlə bağlı prokurorluğa şikayət göndərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR