İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris parlament seçkilərindən sonra iğtişaşlara hazırlaşır

358 07.07.2024 22:15 Dünya A A

Parisin mağaza sahibləri və polisi Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra baş verə biləcək iğtişaşlara hazırlaşır.

Parisin əsas küçələrində yerləşən dəbdəbəli mağazaların şüşələrinə kütləvi polad qalxanlar quraşdırılıb, bir sıra restoran və ofislərin pəncərələri isə taxta lövhələrlə örtülüb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, “bu ehtiyat tədbirləri yalnız seçkilərin ikinci turunun nəticələrinə yekun vurulduqdan sonra baş verə biləcək qırğınlar fonunda həyata keçirilir”.

Məlumata görə, hüquq-mühafizə orqanları da mümkün iğtişaşlara hazırlaşır. Gücləndirilmiş polis və jandarm bölmələri Parisin əsas nöqtələrinə yerləşdirilir və Champs-Elysees boyunca avtomobillərin hərəkəti də məhdudlaşdırılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR