İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pandemiyanı sonlandırmaq üçün əlverişli şərait yaranıb”- Hande Harmancı

3147 05.10.2022 10:20 Yaşam A A

Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Qebreyesus COVİD pandemiyasının bitməsinə az qalması haqda açıqlama vermişdi. Onun sözlərindən aydın olmuşdu ki, yaxın vaxtlarda buna dair rəsmi qərar ola bilər. Deyəsən, o günə az qalıb. Bəs rəsmi qərar niyə gecikir?

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı “Yeni Müsavat”ın sualını cavablayıb: “Hazırda dünyada COVİD-19 pandemiyasını sonlandırmaq üçün ən əlverişli şərait yaranıb. Pandemiyanı hələ tam sonlandıra bilməsək də, üfüqdə qələbəni sezmək mümkündür. Buna görə də 6 milyondan çox insanın həyatına son qoymuş pandemiyanı bitirmək üçün dövlətlər sayıqlığı əldən verməməlidirlər. Bunun üçün daha çox çalışmalı və pandemiyanı geridə qoyduğumuzdan əmin olmalıyıq. COVİD-19 və digər potensial pandemiyaların qarşısının alınmasında birgə səy göstərilməli, yüksək risk qrupuna aid edilən əhali kateqoriyaları tam peyvənd olunmalıdır. Bu istiqamətdə çalışarkən səhiyyə işçilərinə dəstək verməli, onları lazımi tibb avadanlıqları və təchizatlarla təmin etməliyik.  Nəzərə almaq lazımdır ki, gələcəkdə müxtəlif infeksiya dalğalarını müşahidə edə bilərik. Təkcə 2022-ci ildə 1 milyondan artıq insanın COVİD-19 səbəbilə dünyasını dəyişməsi o deməkdir ki, pandemiya hələ də qlobal təhlükə olaraq qalmaqdadır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR