İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda Quranı təhqir edən şəxs diri-diri yandırılıb

868 21.06.2024 12:12 Dünya A A

Pakistanın şimal-qərbində izdiham Quranı təhqir etməkdə şübhəli bilinən şəxsi öldürüb.

Musavat.com xəbər verir ki bu barədə “Pakistan Today” qəzeti polisə istinadən məlumat yayıb.

İnsident cümə axşamı axşam saatlarında Svat rayonunun (Xeyber Paxtunxva əyaləti) Mədyən rayonunda baş verib. Burada yüzlərlə insan küfrdə şübhəli bilinən şəxsin götürüldüyü polis məntəqəsinə basqın edib, məntəqəni dağıdıb və yandırıb. Hücum edənlər həmin şəxsi polisdən geri alıb və diri-diri yandıraraq edam ediblər. Qarşıdurmada yaralanan 11 nəfər xəstəxanaya aparılıb.

Asayişi bərpa etmək üçün hakimiyyət xüsusi təyinatlı dəstələri Mədyənə yerləşdirib. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR