İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda bazarda partlayış- Ölən və yaralananlar var

227 26.02.2023 17:40 Hadisə A A

Pakistanın Bəlucistan əyalətində bazara bombalı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Səlahiyyətlilər əyalətin Barxan rayonunda motosikletə yerləşdirilən bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığını bildiriblər.

Hələlik hücuma görə məsuliyyəti heç kimin üzərinə götürmədiyi qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR