İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəlin Azərbaycana özəl səfəri - təfərrüat

2345 11.05.2024 11:41 Siyasət A A

Türkiyə müxalifət liderini Bakıya gətirən səbəb; iqtidar və müxalifət nümayəndələri Özgür Özəlin ölkəmizə səfərini müsbət dəyərləndirir

Xəbər verildiyi kimi, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycana səfər edəcək. Bu barədə partiya başqanı “Habertürk”ə müsahibəsində deyib.

“CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır. Bu, institutlaşdırmada əməyi böyükdür. Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti [Şimali] Kiprə etdim. Daha sonra Azərbaycandan randevu istədim. İkinci səfər də Azərbaycana edilməlidir”, - o qeyd edib.

Siyasətçi “qarşıdakı günlərdə Azərbaycana səfər etməyi planlaşdırdıqlarını” açıqlayıb.

“Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”. Bunu da Özəl söyləyib.

Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi. Bundan başqa, o, fevralın 17-də ana müxalifət lideri kimi Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.

Azərbaycan müxalifəti və iqtidarı bu səfəri necə qiymətləndirir və gözləntisi nədir? Prezident onu qəbul edə bilərmi?

Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq

Millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində iki dövlət arasında siyasi münasibətləri bir millət, iki dövlət münasibətləri prizmasından xarakterizə edib:

“Türkiyə-Azərbaycan münasibətlərini diktə edən xalqların iradəsidir. Bu mənada Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən siyasi sistemin hər hansı bir aktoru xalqın etimadını qazana bilirsə, siyasi sistemdə ikinci gücə çevrilə bilirsə, əlbəttə, bu, Azərbaycanda da qəbul olunur. Nəticə etibarilə iki dövlətin münasibətlərinin kökündə hər iki xalqın iradəsi dayanır. Buna görə də CHP liderinin Azərbaycana gəlməsi normal hadisədir. Çünki iqtidarlı-müxalifətli hər iki ölkənin siyasi sistemi vahiddir. Müxtəlif aktorlar arasında əlaqələr normal qəbul edilməlidir çünki dövlətçilik ənənəsi, demokratik hüquqi ölkə hər zaman müxtəlif siyasi partiyaların fəaliyyəti və onların xalqın etimadını qazanması ilə təyin edilir. CHP-nin bələdiyyə seçkilərində əldə etdiyi uğur, sədr Özgür Özəlin Avropa tribunalarında Azərbaycanın lehinə səsləndirdiyi fikir, sədr seçildikdən dərhal sonra Azərbaycanla bağlı xoş fikirləri xüsusi rəğbət yaradır. Buna görə də Özgür Özəlin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin, o cümlədən siyasi sistemin bütün aktorları səviyyəsində dərinləşməsi hadisəsi kimi qiymətləndirilməlidir”.

Milletvekili Fazıl Mustafa'ya yapılan saldırı 'terör' eylemi

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında belə bir səfərin müsbət hadisə olacağını deyib:

“Türkiyə bizə qardaş dövlətdir. Biz onun daxilində olan siyasi qüvvələr arasında münasibətlərə çox da qarışmamalıyıq. Təbii ki, hakim partiya ilə münasibətlərimiz yüksək səviyyədə olmalıdır. Bu əməkdaşlığımız üçün vacibdir. Digər tərəfdən bir sıra məsələlərin parlamentdə müzakirəsi zamanı Azərbaycanın mövqeyinin dəstəklənməsi baxımından Türkiyə dövlət sistemində olan və dövlətə qarşı olmayan siyasi partiyalarla normal münasibətlərin qurulması lazımdır. Mən bu səfəri normal qəbul edirəm. Hesab edirəm ki, münasibətlərin qurulması yaxşı olardı. Çünki CHP ana müxalifət partiyasıdır. Hər hansı şəkildə bu partiyanın da elektorat bazasında Azərbaycanla bağlı dolğun fikirlərinin olması və formalaşması ancaq ümumi işimizin faydasına olardı. Təbii ki, bunu həm də biz Türkiyə iqtidarı ilə tənzimləməliyik. Yəqin ki, onlar da bu məsələyə anlayışla yanaşarlar. Bizim niyyətimiz ümumiyyətlə, Türkiyənin bütün siyasi sisteminə normal Azərbaycan haqda təsəvvürləri aşılamaq və münasibətləri qurmaqdır. Bunun ziyanlı olacağını düşünmürəm, ancaq xeyri ola bilər” deyə partiya sədri əlavə edib.

Qüdrət Həsənquliyev: Rusiya ilə anlaşsaq bu, möhtəşəm olar Pravda.az

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcebhesi.az saytına müsahibəsində mövzuya münasibət bildirib:  “CHP Türkiyədə yerli seçkiləri udmuş ana müxalifət partiyasıdır. Həm də Türkiyədə demokratik ənənələr formalaşıb. Ona görə bunu normal qəbul etmək lazımdır. Özgür Özəl də partiya sədri seçiləndən sonra iqtidara qarşı sərt ritorikadan imtina etdi, seçkilərin və siyasi mübarizənin xalqı parçalamalı olmadığını bəyan etdi. Ərdoğan da qarşılığında münasibətləri yumşaltmağın zəruriliyi barədə danışdı. Özgür Özəl Azərbaycan iqtidarına qarşı da CHP-nin əvvəlki mövqeyindən imtina etdiyini ortaya qoydu. Bu baxımdan, o, Bakıya gələrsə, böyük ehtimalla İlham Əliyev tərəfindən də qəbul olunacaq və bu baş verərsə, doğru qərar olar. Bizdə Rusiya parlamentindəki müxalifət partiyalarının sədrləri də ən yüksək səviyyədə qəbul olunub. Azərbaycanın düşünən insanı üçün başqa dövlətlərin partiya sədrlərinə fərqli münasibət nə qədər ağrılı olsa da, dövlətlərarası əlaqələr üçün çox əhəmiyyətlidir”.

Tural Abbaslı prezidentliyinə namizədləyini irəli sürəcək? - AÇIQLAMA

Ağ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin ana müxalifət partiyası CHP liderinin Azərbaycan səfəri müsbət haldır: “Düşünürəm ki, Türkiyə ilə Azərbaycana arasında münasibətlər təkcə, iqtidarlar münasibəti olmalı deyil. İqtidar və ya müxalifət olmasından asılı olmayaraq, partiyalar bir-birilə nə qədər çox ünsiyyətdə olsalar, o qədər yaxşıdır. Ola bilər ki, Özgür Özəl səfər zamanı müxalifətlə görüşmədi, daha çox iqtidar nümayəndələri ilə görüşdü. Bu da müsbət haldır.  Çünki CHP Ak Partidən sonra ən güclü partiyadır, Türkiyənin rəhbərliyində bələdiyyə səviyyəsində təmsil olunur. Parlamentdə də kifayət qədər deputatı var. Azərbaycan hökumətinin onlarla münasibətinin yaxşı olması önəmlidir ki, mümkün iqtidar dəyişikliyində Türkiyə və Azərbaycan arasında münasibətlər korlanmasın. Xüsusi gözləntim yoxdur. Hər bir halda səfəri müsbət qiymətləndirirəm. Azərbaycan müxalifətinin Türkiyə iqtidarı, partiyaları  ilə münasibətləri qaydasına düşməlidir. Azərbaycan iqtidarında bununla bağlı biraz qısqanclıq var, aradan qaldırılsa, yaxşı olar. İki ölkənin siyasəti bir-birinə nə qədər çox yaxınlaşsa, bir o qədər yaxşı olar. Azərbaycan siyasətinin Türkiyədən öyrənməli olduğu çox məqam var. Ən azı partiyalar arasında münasibətlər, iqtidar-müxalifət münasibətləri və s. Türkiyə prezidenti müxalifət liderini qəbul edir, sonra da onu ziyarət edəcəyini deyir. Bu, Azərbaycan üçün də nümunə ola bilər”. 

İrəvan yenə qarışsa da, Paşinyan sükanı əlində saxlamağı bacaracaq" - NATİQ  CƏFƏRLİ

ReAL partiyasının icra katibi Natiq Cəfərli də hesab edir ki, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik o dərəcədə yüksək səviyyədədir ki, siyasi partiyaların, müxalifətin, parlament təmsilçilərinin bir-birini daha yaxşı tanımasına ehtiyac yaranıb: “Yeri gəlmişkən, bu barədə ReAL partiyası dəfələrlə təkliflərlə çıxış edib. ReAL partiyası Ankaraya səfər edən, bir çox partiya ilə görüşən azsaylı partiyalardan biridir. Ana müxalifət CHP liderinin Azərbaycana səfər etməsi çox yaxşı örnəkdir. Özgür Özərin hökumət, o cümlədən müxalifət nümayəndələri ilə görüşməsi mümkündür. Ən azı parlament təmsilçiliyi olan siyasi partiyaların bir-biri ilə münasibətlərinin yaxşı olması Türkiyə-Azərbaycan münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsinə səbəb olacaq. CHP son seçkidə çox ciddi uğur qazanmış partiyadır.  Növbəti prezident və parlament seçkilərində də CHP-nin çox ciddi uğur qazanmaq şansı var. Nəticə etibarilə indidən CHP ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çox yaxşı örnəyə çevrilə bilər. Bu səfərdən öncə Özgür Özər cənab Ərdoğanla da görüşdü. Türkiyədə yeni dövrün başlanğıcı elan olundu. Müxalifətlə iqtidar arasında normal rəqabət, normal dialoq mərhələsinin başlanmasının anonsu verildi. Məncə, bunun da təsirləri oldu. Bu, CHP liderinin Azərbaycana səfər etməsi üçün, siyasi maneələrin aradan qaldırılmasına səbəb oldu”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR