İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəl pensiya fondu barədə ilkin layihələr müzakirə edilir 

598 02.06.2023 11:59 Sosial A A

"Özəl pensiya fondu barədə ilkin layihələr müzakirə edilir".

Musavat.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, fond çərçivəsində vətəndaşlar üçün əlavə imkanlar yaradılacaq.

Anar Kərimov bildirib ki, Nazirliyin 153 xidmətindən 140-dan çoxu elektronlaşdırılıb: "Həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciət, nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alınıb, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verilib. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli fərmanı ilə yaradılan "e-sosial.az" portalından isə 69 milyon dəfə istifadə edilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirilib, 692 min fərdi hesabın e-qaydada açıldığı qeyd olunub".

A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR