İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanın Sırdərya vilayəti ilə diaspora təşkilatımız arasında əməkdaşlıq müzakirə olunub

243 15.03.2023 12:21 Son xəbər A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Sırdərya vilayətində olub və vilayətdə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov arasında görüş keçirilib.

Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində aparılan işlər, Sırdərya vilayəti üzrə də yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.

2023-cü il “Heydər Əliyev ili” münasibəti ilə keçiriləcək birgə tədbirlər, Sırdərya vilayətində yerli azərbaycanlılar üçün Azərbaycan incəsənət ustalarının dostluq konsertinin təşkili məsələləri müzakirə edilib və razılıq əldə olunub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və dəstəyi ilə Azərbaycanın populyar «Xəzər» telekanalının “Ənənə boğçası” verilişi də Sırdərya vilayətində olub, toy mərasimində iştirak edərək Özbək toy ənənələrinə dair veriliş hazırlayıb.

Bundan başqa, sözügedən verilişin heyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri vilayətdə yerli Azərbaycan ailələrinin qonağı olub, onlardan müsahibələr götürüb, çəkilişlər həyata keçirilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR