İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda dindarlara sataşanları da tutacaqlar, ateistlərə “kafir” deyənləri də

461 02.11.2023 14:20 Dünya A A

Özbəkistan dindarların və ateistlərin hisslərini təhqir etməyə görə cinayət cəzası tətbiq edib, milli ədavəti təbliğ edən materialların yayılmasına və ya saxlanmasına görə məsuliyyəti artırıb.

Musavat.com Podrobno.uz-a istinadən xəbər verir ki, bu qanun pozuntularına görə nəinki cərimə, həm də həbs cəzası nəzərdə tutulur.

Xüsusilə, indi qəsdən milli, irqi, etnik və ya dini mənsubiyyətinə görə əhali qruplarına qarşı düşmənçilik, dözümsüzlük və ya nifrət yaratmaq məqsədi ilə təbliğat aparanlar, milli şərəf və ləyaqəti alçaldan, dini inanc və ya ateist etiqadları ilə əlaqədar vətəndaşların hisslərini təhqir edən şəxslər cinayət məsuliyyət daşıyacaqlar.

Belə şəxslər 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, eyni əməllərə görə inzibati tənbeh tətbiq edildikdən sonra törədilən milli, irqi, etnik və ya dini ədavəti təbliğ edən materialların hazırlanması, saxlanması və ya yayılması 99 milyondan 198 milyon sum miqdarında cərimə ilə cəzalandırılır, həmçinin buna görə 2 ildən 3 ilədək islah işləri, 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası da tətbiq edilə bilər.

Bu cəza növlərindən hansının şəxsə tətbiq ediləcəyinə isə cinayətin ağırlığından asılı olaraq məhkəmə qərar verəcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR