İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda azərbaycanlı ədib Maqsud Şeyxzadəyə həsr olunmuş tədbir keçirilib

1022 17.11.2022 12:06 Mədəniyyət A A

Özbəkistanın Dövlət Nəqliyyat Universitetində azərbaycanlı yazıçı, şair, dramaturq, tərcüməçi, görkəmli pedaqoq və ədəbiyyatşünas, Özbəkistanın Əməkdar İncəsənət Xadimi Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Respublika “Mənəviyyat və Mərifət” Mərkəzinin nümayəndələri, Özbəkistanın mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov açaraq Maqsud Şeyxzadənin yaradıcılığı, onun Özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

Prorektor bildirib ki, böyük ədibin adı Qafur Qulam, Oybək, Abdulla Qahhar, Qeyrət, Osman Nəsir və digər məşhur ustadların adları ilə yanaşı çəkilir. Dilşod Baratov Azərbaycan və Özbək xalqının böyük oğlu olaraq Maqsud Şeyxzadənin dramaturgiya sahəsində böyük əsərlər yaratdığını və əbədi olaraq öz adını ədəbiyyatımıza qızıl hərhlərlə yazdığını qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Kifayət Pirməmmədova çıxışında Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadənin xidmətlərinin hər iki ölkədə yüksək qiymətləndirildiyini, yazıçının Özbəkistan dövləti tərəfindən "Böyük xidmətlərinə görə" ordeni ilə təltif olunduğunu vurğulayıb. K. Pirmamedova qeyd edib ki, Maqsud Şeyxzadə iki xalqın dostluq münasibətlərinin rəmzidir, bu cür şəxsiyyətlər öz fəaliyyəti ilə xalqlarımız arasında əməkdaşlığın dostluğun, möhkəmləndirilməsi və genişləndirilməsi üçün "körpü" rolunu oynayır.

Özbəkistanın Respublika Mənəviyyat və Mərifət Mərkəzinin baş mütəxəssisi Gülçehrə İbrahimova yazıçı və şair Maqsud Şeyxzadənin yaradıcılığına toxunaraq “Mirzə Uluqbəy”, “Cəlaləddin Manquberdi” dramları, “Daşkəndnamə” poemalarını təhlil edərək, onlardan parçalar oxuyub.

Sonda tədbir iştirakçılarına Maqsud Şeyxzadəyə həsr olunmuş fotosərgi təqdim olunub, Azərbaycan Mədəniyyət Mərkəzinin “Əməkdar artist Kaykeb Aliyeva adına Azərbaycan qızları” rəqs anşanlının iştirak etdiyi konsert proqramı ilə çıxış ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR