İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oskar” mükafatçısı vəfat etdi

650 29.03.2024 22:06 Hadisə A A

Ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Oskar” qazanan ABŞ-li aktyor Louis Qossett 87 yaşında vəfat edib.

Bu haqda “Associated Press” məlumat yayıb.

Bildirilib ki, aktyor Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Agentliyin məlumatına görə, Louis Qossett 1983-cü ildə ikinci plan aktyoru kateqoriyasında “Oskar” üçün namizəd olub və mükafatı “An Officer and a Gentleman” (1982) filmindəki roluna görə qazanıb. Qossett eyni filmdə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qızıl Qlobus Mükafatı”nı da qazanıb.//Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR