İnsanlara hürriyət, millətlərə istiqlal!

Osimhen "Napoli" ilə körpüləri yandırdı - Münaqişə böyüyür

733 27.09.2023 09:38 İdman A A

"Napoli"nin mərkəz hücumçusu Viktor Osimhen klub rəhbərliyi ilə qarşıdurmanı davam etdirir.

Fanat.Az GİFN-ə istinadən xəbər verir ki, nigeriyalı forvard Neapol təmsilçisi ilə bağlı fotoları sosial şəbəkə hesabından silməyə başlayıb.
Halbuki, milli və oynadığı əvvəlki komandalarla bağlı fotolara toxunmayıb.

Qeyd edək ki, Osimhen baş məşqçi Rudi Qarsiya ilə münaqişə etdiyinə görə klub tərəfindən cərimələnib. O, İtaliya çempionatının 5-ci turunun “Bolonya” ilə oyununda (0:0) əvəzləndikdən sonra Qarsiyadan niyə iki hücumçu ilə oynamağa keçmədiyini soruşduğu üçün tərəflər arasında paltardəyişmə otağında sərt mübahisə yaşanıb.

24 yaşlı nigeriyalı 2020-ci ilin sentyabrından "Napoli"də çıxış edir. Onun müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir. Osimhenin transfer dəyəri 120 milyon avro qiymətləndirilir.

İtaliya çempionatının cari mövsümündə Viktor altı oyun keçirib və üç qol vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR