İnsanlara hürriyət, millətlərə istiqlal!

"Orxanın itkin düşməsində əli olan şəxs..."

786 16.07.2024 20:14 Ölkə A A

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə övladının itkin düşdüyünü bildirib.

Lalə "Səni axtarıram" verilişinə gələrək, övladının tapılması üçün yardım istəyib.

Bir neçə aydır Orxanın axtarışı getsə də, onunla bağlı heç bir məlumat yoxdur.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı məsələ ilə bağlı "Orxanın yoxa çıxmasında əli olan Ramin adlı oğlandır. O, Macarıstanda yaşayır" sözlərini söyləyib.

Qeyd edək ki, Lalə oğlunun 8 aydır itkin düşdüyünü bildirib. Onun Rusiyada və Türkiyədə olduğu iddia edilib. Son olaraq isə Orxanın külli miqdarda pulla Dubaya getdiyi iddia olunmuşdu. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR