İnsanlara hürriyət, millətlərə istiqlal!

Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib

1096 05.08.2022 19:49 İdman A A

"Zirə" Futbol Klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Paytaxt təmsilçisindən Musavat.com-a verilən məlumata görə, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib. "AzFar Group" şirkətinin maliyyə direktoru Qabil Abdullayev, "Santral Elektrik" QSC-nin təsisçisi Fuad Rzayev, "Azərenerj" ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR