İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ordumuz lazımi işləri görür, Müdafiə Nazirliyi yaxında açıqlayacaq" - Üzeyir Cəfərovdan SENSASİON AÇIQLAMA

2196 27.04.2022 18:24 Qarabağ xəbərləri A A

Məlum olduğu kimi, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə üçtərəfli görüş geçirilib. Azərbaycan və Ermənistan liderləri Brüsseldə bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.

Azərbaycanın sülh müqaviləsi üçün təklif etdiyi beş prinsipin qəbul edilməsindən sonra, rəsmi Bakı praktiki addımların atılmasını gözləyir. Lakin bu gün erməni silahlıları tərəfindən Qarabağda, sülhməramlıların nəzarətində olan ərazilərdə törədilən təxribatlar vəziyyəti gərginləşdirir.

Bu təxribatlarda isə Rusiyanın dəstəyi danılmaz faktdır. Görünən odur ki, qondarma qurumun idarəetməsi artıq Ermənistanın deyil, Rusiyanın əlindədir.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Qarabağda gərgin vəziyyətin yaranmasının səbəbi separatçılar və onlara dəstək verən Ermənistanın hazırkı hərbi rəhbərliyidir: “Qəribə görünsə də, burada Rusiyanın da açıq müdaxiləsi göz önündədir. Paşinyanın Moskvaya səfərindən sonra vəziyyət xeyli dəyişib, gərginləşib. İndi həm ermənilər, həm də seperatçılar öz oyununu oynayacaqlar. Qarışıq vəziyyət yaranacaq. Sülh müqaviləsinin imzalanması arxa plana keçir. Bu gözlənilən idi, ermənilər sözlərinin ağası olmayıblar. Ona görə də mən hesab edirəm ki, biz bunları nəzərə almalıyıq". Amma Azərbaycan ordusu da boş-bekar dayanmayıb, lazım olan işləri görür və biz də yaxın günlərdə bu işlərin nədən ibarət olduğunu görəcəyik. Azərbaycan Müdafiə Nazirliyi yaxın günlərdə ətraflı məlumatı cəmiyyətə açıqlayacaq".

Vəziyyətin belə davam edə bilməyəcəyini deyən hərbi ekspert qeyd edir ki, həddini aşan separatçılar layiqli cavabını alacaqlar: “Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd xidməti bu barədə lazım olan tapşırıqları verib. Düşünürəm ki, may ayının ortalarına qədər müəyyən işlər yekunlaşmalıdır. Bəzi məsələlər varki, onları indi açıqlaya bilmərik. Amma bunu qeyd edim ki, seperatçıları ərazilərimizdən çıxartmaq Azərbaycan ordusunun qəti qərarıdır.”

(Sitat.info)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR