İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ordu Tayvanın ÇXR-dən ayrılmasına heç vaxt icazə verməyəcək" - Çjan Yuxia

638 30.10.2023 10:20 Dünya A A

Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvan adasının ÇXR-dən ayrılmasına heç vaxt icazə verməyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu 10-cu Syanşan Təhlükəsizlik Forumunun rəsmi açılış mərasimində Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının (MHŞ) sədr müavini, general-polkovnik Çjan Yuxia deyib.

O, bildirib ki, Tayvan məsələsi ÇXR-in əsas maraqlarının əsasında dayanır və “vahid Çin” prinsipi beynəlxalq ictimaiyyətin ümumi konsensusudur. “Kim hər hansı formada Tayvanı Çindən ayırmağa çalışsa, Çin ordusu buna heç vaxt icazə verməyəcək”, - Yuxia qeyd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR