İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu generalı: “Bu gün aktual məsələ Ukrayna ordusunun müdafiəyə keçməsidir”

691 01.12.2023 13:58 Dünya A A

“Bu gün aktual məsələ Ukrayna ordusunun müdafiəyə keçməsidir”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ordu generalı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş komandanı Viktor Mujenko deyib.

O bildirib ki, Ukrayna cəbhəni yenidən formalaşdırmalıdır: “Müharibənin dalana dirəndiyinə inanmıram. Cəbhədə təkcə qələbələr yox, bəzən məğlubiyyətlər də olur. Hücum yox, bəzən müdafiəyə də ehtiyac var. Hesab edirəm ki, bu gün aktual məsələ budur”.

General, həmçinin deyib ki, real döyüş vəziyyəti medianın təqdim etdiyindən fərqlidir: “Lakin əks-hücum zamanı Ukrayna ordusu dünyanın heç bir ordusunun edə bilməyəcəyi işi gördü".

Eyni zamanda, Mujenko Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun gözlənilən nəticəni vermədiyi ilə bağlı iddiaları rədd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR