İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbana qarşı kampaniya başladı - macar baş nazir kimlərin planını pozub?

1124 13.07.2024 09:29 Siyasət A A

Aİ ölkəsinin liderinin Rusiya səfəri qurumun müqavilələrinə zidd hərəkət kimi qiymətləndirilib və o, kollektiv Qərbin oyun qaydalarını pozmaqda ittiham olunur - şərh

Macarıstanın baş naziri Viktor Orbanın son vaxtlar aktiv siyasi fəaliyyəti hansısa dairələrin planlarını pozub. Belə ki, ona qarşı qərəzli bir kampaniya başlayıb. Bunu Avropa İttifaqının hüquq xidmətinin Macarıstanın baş naziri Viktor Orbanın Kiyevdən sonra iyulun 5-də Rusiyaya səfərinin Aİ müqavilələrinə zidd olduğunu bəyan etməsində görmək olar.

Blokun hüquq xidmətinin rəyinə görə, Orbanın hərəkətləri blokun Aİ məqsədlərinə çatmasına təhlükə yarada biləcək hər hansı tədbiri qadağan edən müqavilələrini pozub. Söhbət xüsusilə cəmiyyətin bütün ölkələrini “şərtsiz sədaqət və qarşılıqlı həmrəylik ruhunda” xarici siyasət fəaliyyətini həyata keçirməyə məcbur edən qanunun müddəalarının pozulmasından gedir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə deyib ki, Orbanın Moskvaya səfəri siyasi səhv idi. “10 il ərzində mən bir ölkənin hərəkətlərinə 26 ölkədən belə sərt reaksiya görməmişdim. Bu, bir problemdir - bu iş üsulu qəbuledilməzdir”, - Mişel deyib. O cümlədən, NATO baş katibi Stoltenberq açıqlayıb ki, Orban Moskva səfərində alyansı təmsil etməyib. Habelə, Orbanın Şuşadakı türk sammitində iştirakına da Aİ-nin baş diplomatı Cozef Borrel tərəfindən yersiz reaksiya gəlmişdi. Orbana qarşı bu kampaniyanın məqsədi nədir? Onu niyə hədəfə alıblar? Yeri gəlmişkən, Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb. Görüşdə Rusiya ilə Ukrayna arasında sülh imkanları müzakirə edilib. Orban Trampın Ukrayna böhranını həll edəcəyini bildirib.

Hungary's Viktor Orban meets Trump at Mar-a-Lago for 'peace mission 5.0' |  Russia-Ukraine war News | Al Jazeera

“Orbanı koalisiyanın ümumi oyunlarını pozmaqda ittiham edirlər. Avropa Birliyinə görə, Macarıstan lideri separat danışıqlar aparır və Rusiyanın məğlub edilməsi planına əngəl olur. Amma mən belə düşünməzdim. Orban praqmatik düşüncəli adamdır və hesab edir ki, axan qanları durdurmaq, hər gün dəyən iqtisadi zərərləri dayandırmaq lazımdır. O, Putinlə görüşdən sonra anladı ki, Rusiya ağ bayraq qaldırmayacaq və birləşmiş Qərbin təsəvvür etdiyi bir şəkildə uduzmayacaq” - bu sözləri

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli 

“Yeni Müsavat”a hərbi ekspert Ramil Məmmədli bildirdi. Onun sözlərinə görə, hərbi əməliyyatlarda Ukrayna dönüş edə bilmir və verilən ATACMS, HİMARS silahları torpaqların azad olunması və rus qoşunlarının geri çəkilməsinə səbəb yaratmır. “Bu baxımdan atəşkəs zərurətdir. Rusiyanın mərmiləri də, artilleriyası da, canlı qüvvəsi də Ukraynadan çoxdur. Bəs, ukraynalılar neçə il döyüşmək fikrindədirlər? Təbii ki, bu münaqişə prinspial mövzuya çevrildiyi üçün heç bir tərəf dayanmaq istəmir. Amma Orban təklif edir ki, hansısa şərtlər çərçivəsində dayanmaq mümkündür. Hətta danışıqlar prosesində Rusiyanın bəzi güzəştlərə getməsi də istisna deyil. Sadəcə, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmağı hədəf götürüb və macar liderin addımları xoş qarşılanmır. Məncə, gec-tez Orbanın və Vuçiçin sözləri təsdiqini tapacaq”. Hərbi analitik hesab edir ki, Macarıstanda seçki yolu ilə iqtidar dəyişikliyi gözləniləndir: “Çünki Orban rus qazını rublla almağa razılaşdı, Avropa İttifaqında 60 milyard avro yardımla bağlı müzakirələrdə müqavimət göstərirdi, bir sözlə, kollektiv qüvvələr ondan narazıdırlar. Amma Orban əməkdaşlığı üstün tutur və bu müharibədən Qərbin aşkar üstünlüklə qalib çıxacağını gözləmir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Macarıstana hücumları təsadüfi saymır: “Bu ölkə Avropa İttifaqı Şurasına sədrlik edir. Hazırda 6 aylıq sədrlik Macarıstandadır. Ona görə istər-istəməz Orbanın səfərləri və bəyanatları diqqət mərkəzinə düşür. Mişel və digərləri də bəyan edirlər ki, baş nazir Putinlə görüşə bizdən mandat alıb getməyib. Çünki Avropa Birliyi Rusiyaya 14-cü sanksiyalar paketini açıqlayıb. Bu münaqişədə Avropa İttifaqı tərəfdir, Kiyevə hərbi və maliyyə yardımı ayırır, amma quruma sədrlik edən Macarıstanın lideri isə sülh təşəbbüsləri ilə çıxış edir, Kreml lideri ilə danışıqlar aparır. Bu da onu hədəfə çıxarıb. Amma müharibəni aparan anqlosakson dünyasıdır və Orban atəşkəsin əldə olunmasında əsas fiqur ola bilməz. Ona görə Kiyev vasitəçi kimi ABŞ və Çini göstərir”. Təhlilçinin sözlərinə görə, Orban qeyri-adi siyasətçidir: “Avropada bəziləri onu diktator adlandırsa da, Orban demokratik seçkilərdə qazandığı qəbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub. Putinin özü də Viktor Orban haqqında müsbət fikirdədir. Çünki Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini Putin nəzərə alır. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Viktor Orbanın praqmatik maraqlara xidmət edir. Viktor Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft və qazın nəqlində maraqlıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR