İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: “Ukraynada sülhə dair danışıqlar Rusiya və ABŞ tərəfindən aparılmalıdır”

409 31.05.2024 14:31 Dünya A A

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişənin gələcək həlli üçün əsas məsələ Rusiya ilə kimin danışıqlar aparacağıdır.

Musavat.com xəbər verir ki, Çexiyanın XTV telekanalına müsahibəsində Macarıstan hökumətinin başçısı həmçinin qeyd edib ki, bu cür danışıqlar təkcə Ukraynadakı vəziyyətə deyil, həm də bütün beynəlxalq təhlükəsizlik sisteminə aid olmalıdır, bu isə ABŞ-ın bu danışıqlarda iştirak etməli olması deməkdir.

“Əsas sual Putinlə kimin danışıqlar aparmalı olmasıdır. Həlledici danışıqlar Ukrayna ilə Rusiya arasında deyil, ABŞ və Rusiya arasında baş tutacaq. Onlar nəinki müharibəni bitirə, həm də bir növ beynəlxalq təhlükəsizlik sistemi yarada bilərlər”, - Orban bildirib.

Onun Çexiya televiziyasına müsahibəsindən çıxarışları “Magyar Nemzet” qəzeti dərc edib.

Baş nazirin sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, indi “Ukrayna müstəqil dövlət deyil”. "Əgər ABŞ və Avropa İttifaqından maliyyə almasaydı, müharibəni davam etdirə bilməzdi", - deyə Orban izah edib.

Ona görə də o bildirib ki, Ukrayna ilə bağlı danışıqlar üçün Amerikada, həm də Avropada müharibədən qazanc əldə edən biznes qruplarından asılı olmayan, Putinlə prestij naminə münasibətləri saxlamayan bir şəxs lazımdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR