İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: “Tramp Ağ Evə qayıtsa, Çinlə...”

725 11.03.2024 10:26 Dünya A A

Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmək istəyən keçmiş ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə Çinlə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş böyük ticarət sazişi bağlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu bazar günü axşam M1 telekanalına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş lideri ilə Floridadakı malikanəsində görüşəndən sonra deyib.

"Donald Tramp prezident olarkən Çinlə böyük sövdələşməyə yaxın idi və o, prezident olacağı təqdirdə yenidən buna nail olmağa çalışacaq", - Macarıstan hökumətinin başçısı deyib. O, ABŞ və Çin arasında son illərdə xeyli mürəkkəbləşən ticarət əlaqələri haqqında sazişi nəzərdə tutduğunu izah edib.

Orban həmçinin bildirib ki, iki böyük iqtisadi güc arasında ticarətin normallaşdırılması bütün dünyaya fayda verəcək. Onun sözlərinə görə, Almaniya, Çin, Cənubi Koreya və Amerika kapitalının ölkə daxilində əməkdaşlıq etməsi Macarıstan üçün yaxşı olardı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR