İnsanlara hürriyət, millətlərə istiqlal!

Oqtay Mirqasımov "Nizami Kino Mərkəzi millətin zövqünü korlayır" dedi, qurumun açıqlaması gecikmədi

954 20.04.2023 16:38 Mədəniyyət A A

 

Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov kinoteatrları tənqid edib.

Axşam.az-ın məlumatına görə Xalq artisti bu haqda "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda keçirilən Kino forumunda danışıb. O bildirib ki, kinoteatrlarda keyfiyyətli filmlər nümayiş olunmur:

“Kinoteatrlarda, eləcə də Nizami Kino Mərkəzində millətin zövqünü korlayan bayağı, primitiv filmlər göstərilir. Cəmiyyətə elə filmlər təqdim edilir ki, baxdıqca, xəcalət çəkirsən. Salondan çıxandan sonra düşünürsən ki, bu, kino dəyərlərimizə xəyanətdir”.

Məsələ ilə bağlı Musavat.com Nizami Kino Mərkəzinin mövqeyini öyrənməyə çalışıb. Mərkəzin rəhbəri Leyli Mirzəyeva səslənən fikirlərə bu cür münasibət bildirdi:

“Öncə onu qeyd  etmək istərdim ki, mərkəzimizdə nümayiş olunan filmlər bütün kinoteatrlarda nümayiş edilir. Bu filmlər də tamaşaçının istəyi, tələbatı ilə nümayiş olunur. Təbii ki, onların arasında keyfiyyətli olanı da, keyfiyyətsizi də var. Yəni həmin filmləri təkcə Nizami Kino Mərkəzi nümayiş etdirmir.

Ümid edirik ki, zamanla Azərbaycan kinosu, kinematoqrafiyası  daha da təkmilləşəcək və film mərkəzləri də daha keyfiyyətli filmlər təqdim edəcək”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR